Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 0-2° isti, gündüz 2-5° isti, Bakıda gecə 0-2° isti, gündüz 2-4° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 779 mm civə sütunundan 784 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti
Arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.