Göygöl Mədəniyyət və Turizm şöbəsində büdcəni talayırlar?!
“Göygöl RİH Şərqiyyə Hümbətovaya xüsusi “status” verib”
alt=”“Göygöl RİH Şərqiyyə Hümbətovaya xüsusi "status" verib”” title=”“Göygöl RİH Şərqiyyə Hümbətovaya xüsusi "status" verib””
“Millətim” qəzetinin poçtuna YAP üzvü, GDU-nu fərqlənmə diplomu ilə bitirən, SDU-nun magistaturasını bitirmiş, ön xətdə zabit kimi qulluq etmiş, ehtiyyatda olan leytenant, DQMK-nın təşkil etdiyi imtahanla Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi işləmiş, Məmmədov Şahin Şakir oğlu tərəfindən şikayət məktubu daxil olub. Məktubda Göygöl rayon Mədəniyyət
və Turizm şöbəsində korrupsiya faktlarının baş alıb getməsində şöbənin müdiri Şərqiyyə Hümbətova ittiham olunur. Şikayətçi bildirir ki, dəfələrlə müraciətə etməsinə baxmayaraq Göygöl rayon İcra Hakimiyyəti bilərəkdən bu halara göz yumur. Məktubu olduğu kimi oxucuların və aidiyyatı orqanların diqqətinə çatdırırıq:
Göygöl rayon İcra Hakimiyyəti bilərəkdən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın qanunsuz fəaliyyətini ört-basdır edir, araşdırmır. Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidmətinə Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində olan korrupsiya faktları barədə müraciət etmişəm. Həmin müraciət aidiyyatı üzrə Göygöl Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Göygöl rayon İcra Hakimiyyətindən isə həmin müraciət əsassız hesab olundu. Deməli ölkədə korrupsiyaya qarşı aparılan mübarizə əsassızdır? Yalandan əvvəlki tarixdə olan müraciətin yoxlanılmasınının cavabını göndərirlər. Bilərəkdən korrupsiya faktlarının üzərindən keçilir. Halbuki, açıq-aydın göstərirəm ki, 1 aprel, 26 aprel 2013-cü il tarixli Əmrdən çıxarışlarda büdcə vəsaitləri artıqlaması ilə xərclənib. İnventar və avadanlıqlar bilərəkdən artıq qiymətə alınıb. Baxmırlar və baxmaq istəmirlər. Ölkə Prezidentinin göstərişlərinə əməl etmirlər.
Şərqiyyə Hümbətova indi də öz oğlu Ceyhun Hümbətovu Göygöl rayon İcra Hakimiyyəti vastəsilə Göygöl rayon Gənclər və İdman idarəsində məsləhətçi vəzifəsinə yerləşdirib. DQMK-da həmin vəzifənin tutulma şərtlərinə görə həmin vəzifədə yalnız və yalnız bədən tərbiyəsi və idman, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasları üzrə ali təhsil almış şəxslər işləyə bilərlər. Belə haqsızlıq olar? Ceyhun Hümbətov Tarix fakultəsini bitirib ancaq Şərqiyyə Hümbətovanın oğludur deyə həmin vəzifəni tutmalıdır? Üstəlik imtahansız yerləşdirilib həmin vəzifəyə. Digər oğlunu isə Göygöl rayon Çaylı kənd İcra Nümayəndəliyinə müavin vəzifəsinə yerləşdirib. İkisini də eyni gündə, ikisini də dövlət qulluğuna. Necə ola bilər ki, digər gənclər imtahan verib dövlət qulluğuna qəbul edilirlər, Şərqiyyə Hümbətovanın oğlanları isə birbaşa imtahansız həmin vəzifəyə qəbul edilir. Bütün bu hallara Göygöl rayon İcra Hakimiyyəti heç bir reaksiya vermir.
Göygöl rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş mühasibi Fəridə Allahverdiyeva, həmdə “ƏDİRƏF” MMC-nin sahibidir. “ƏDİRƏF” MMC Göygöl rayon Mədəniyyət və Turizm şöbəsi ilə daim alqı-satqı müqavilələri imzalayır, həmin müqavilələrdə bilərəkdən qiymətlər artıq yazılır. Dövlət vəzaiti israf edilir. Bildiyiniz kimi Dövlət Qulluğu haqqında qanuna görə dövlət qulluqçusu sahibkarlıqla məşğul ola bilməz. Dövlət qulluqçusunun sahibkarlıqla məşğul olması korrupsiya hüquqpozması sayılır.
Bu da sübut:
Kommersiya qurumunun adı: “ƏDİRƏF” MMC
Dövlət qeydiyyatına alındığı tarix: 27.02.2013
Hüquqi ünvanı: Göygöl şəhəri, R.Nəsibov məhəlləsi, ev 01, m.10
MMC-nin sahibi Fəridə Allahverdiyeva Mayıl qızı.
Bu faktı Vergilər Nazirliyindən dəqiqləşdirə bilərsiniz.
Bu fakta Göygöl rayon İcra Hakimiyyəti və Maliyyə İdarəsi heç bir reaksiya vermir. Açıq-aydın qanun pozuntusuna göz yumurlar. Qanunlara hörmət etmirlər.
Göygöl rayon İcra Hakimiyyəti bilərəkdən, Şərqiyyə Hümbətovanın heç bir ali təhsili olmayan Qurbanov Ayaz Bülqədər oğlunu Rayon Mədəniyyət Mərkəzinə direktor təyin etməsinə heç bir reaksiya vermir. Necə ola bilər ki, yalnızca çilingər ixtisası almış texnikom təhsilli birisi 60 minlik rayonun Mədəniyyət Mərkəzində direktorluq etsin. Bunu yalnızca nəzarət edilməyəcəyini düşünən Ş.Hümbətova edə bilər. Göygöl rayon İcra Hakimiyyəti bu faktı bilsədə Ş.Hümbətovaya heç xəbərdarlıq da etməyib.
Bütün bu göstərdiyim faktlar Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində baş verən qanunsuz halların yalnızca bir hissəsidir. Bütün bu hallar barədə Göygöl rayon İcra Hakimiyyəti və Maliyyə idarəsi xəbərdar olsalarda heç bir tədbir görmürlər.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Bizimlə söhbət edən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova Məmmədov Şahinin psixi problemləri olduğunu söylədi. Ona qarşı səsləndirilən heç bir ittihamı ilə razılaşmadığını bildirən şöbə müdiri hazırda məsələnin məhkəmədə olduğunu söylədi: “Hazırda biz həmin şəxsi məhkəməyə vermişik. Məhkəmənin ilk instansiyası bizim haqlı olduğumuzu sübuta yetirib. Şahin Məmmədov qərardan razı olmadığı üçün Appelyasiya məhkəməsinə müraciət edib. Məhkəmənin qərarı verildikdən sonra bu haqda məlumat yayacağıq.Qeyd edim ki, bütün bu ittihamların arxasında duran səbəb Ş.Məmmədovun işdən azad olunması ilə razılaşmamasıdır.”
Biz hər iki tərəfin mövqeyini verməklə obyektiv davranmağa çalışdıq. Hər halda bundan sonrası aidiyyatı orqanların işidir. Araşdırmaq və ortada bir günahkar varsa cəzalandırmaq…
Nizami