XXI əsrdə əskiyə dönüş, yoxsa müsəlmanlar üçün yeni ölüm maşını?

0
9

XXI əsrdə əskiyə dönüş, yoxsa müsəlmanlar üçün yeni ölüm maşını?

Erkən orta əsrlərdə xristian dünyasında İsa peygəmbərin müqəddəs piyaləsini müsəlmanların əlindən qurtarmaq və onun məzarını müsəlman təhlükəsindən qorumaq üçün papaların öndərliyində xaçlı yürüşləri başlandı. Əslində bu yürüşlər hər nə qədər xristianlara müsəlmanlardan çox zərər verərək, onların vəhşi xilqətlərini və batil inanclarını üzə çıxardısa da, üzərindən yüz illər keçdikdən sonra Avropa bu yürüşlərin hər birini iştirakçıları ilə birlikdə qəhrəmanlıq dastanı kimi tanıtmağa çalışmaqdadır. Qərb dünyası Səlib yürüşlərindən danışarkən bu insanlıq vəsfini itirmiş manyakların hər önlərinə çıxan qadınlara təcavüz etdiklərini, yemək sarıdan çətinlik çəkən kimi nəinki öz din qardaşlarını, hətta aralarındakı nisbətən kök səlibçiləri belə kəsib yeyəcək qədər yam-yam olduqlarını gizləmək üçün dəridən qabıqdan çıxır. Axı, nə də olsa bu günkü mədəniyyət dərsi verənlər o vəhşilərin nəvələridirlər. O qardaşının ətini yeyən manyakların genetik davamçılarıdırlar. Nece ki, Stalinqrad döyüşündə mühasirəyə düşən almanlar açlığa dözməyərək bir az kök görünən əsgər yoldaşlarını kəsərək qaraciyərini çiy- çiy yeyirdilər və bu artıq tarixçilər tərəfindən isbat olunmuşdur. Yəni Avropanın ən mədəni sayılan topluluğunun belə dana bilməyəcəyi qədər vəhşilikləri ilk fürsətdə üzə çıxmışdır. Çünkü bu barbarlıq xristian dünyasının genetik yaddaşında özünə o qədər dərin kök salıb ki, hər fürsətdə çayır kimi üzə çıxır və onu ordan söküb atmaq artıq mümkün deyildir.
Və ya qərblilərin öyündükləri Fransız cəngavərlərini misal çəkə bilərik. Onların dünyaya satdıqları cəngaver obrazında bu sifəti daşıyan şəxs olduqca mərd, qürurlu, zəifin tərəfdarı və qoruyucusudur. Halbuki gəmilərlə Qüdsün yolunu tutub səfərə çıxan bu işğalçı məxluqatın bir çoxuna Fələstin sahillərini görməyi Allah nəsib etməmişdir. Səbəb isə çox sadədir. Onlar bütün varidatlarını limanlardakı indiki bank bənzəri qurumlara təhvil verir və onlardan bunu təsdiq edən sənəd alırdılar ki, Qüdsdə həmin sənədi göstərərək təhvil verdikləri malları geri ala bilsinlər. Sonra da gəmilərin alçaq tavanlı mərtəbələrinə mindirilərək yola çıxarılırdılar. Zirehlərini soyunmaları üçün dam-dar olan bu yerdə ən az 30 dərəcə istidə və zirehli olaraq həftələrlə səyahət etmə məcburiyyətində olan “qəhrəman cəngavərlər” sahildən aralandıqdan bir neçə gün sonra necə tələyə düşürüldüklərini anlayırdılar. Çünkü zirehini soyuna bilməyən və bu səbəbdən də tualetlərini zirehin içinə etmək məcburiyətində qalan cəngavərlərin Fələstin sahillərinə çatmadan ya ayaqları qanqrena olur, ya da qurdlanaraq tibbin zəif inkişaf etdiyi o dövrdə ölümlərinə səbəb olurdu. Onların sərvəti də demokratiyanın beşiyindəki bankorlərə qalırdı.
İndi, gəlin, müqəddəs piyalə yalanına nəzər salaq. Bu piyalə hekayəsinin nə olduğunu bilsək, birlikdə əylənəcəyimizdən olduqca əminəm. İki min il Yaxın Şərqdə hökm sürən paqan inancında kişilər bakirə qadınlara sitayiş edirdilər. Və həmin dövürdə bu inanc Yaxın Şərqdə olduqca yayqın idi. Paqan inancında qadın piyalə, kişi isə xəncərlə təmsil edilir, hər paqanın bir piyaləsi olurdu. Bu günkü Bibliyanın qələmə alındığı toplantı zamanı imperator Konstantinin də əski bir paqan olduğunu və İzmit yaxınlığındakı kilsədə keçirilən bu konfransdan sonra məhz indiki içində dörd İncil olan Bibliyanın ortaya çıxdığını düşünürsək, paqanizmin xristianlıq üzərindəki təsirlərini inkar etməyə çalışmağına dəyməz.
Cəngavərlərin aramağa getdikləri müqəddəs piyalənin də əslində fiziki piyalə deyil, paqan inancının sonucu olaraq piyalə olduğu, yəni əslində Həzrəti İsanın sevgilisi olduğu iddia edilməkdədir. Təbii olaraq soruşa bilərsiniz ki, Həzrəti İsanın sevgilisi hər halda min il yaşayacaq biri deyildir. Əlbəttə elədir, məsələ də elə Həzrəti İsanın həvariləri ilə birlikdə olduğu son axşam içində İsanın qanı olan piyalədən bəhs edilməsidir. Gerçəkdə heç vaxt belə piyalə olmadığından və ya bunun izlərinə rastlanmadığından bir sıra insanların nəzəri paqanizmə doğru yönəlməkdədir. “İçində İsanın qanı olan piyalə” deyərkən əslində İsadan hamilə qalmış bir qadından bəhs edildiyi deyilir ki, bəzi rəvayətlərə görə Həzrəti İsanın Maqdonalı Məryəm adlı bir sevgilisi var imiş. O, İsanın ələ keçdiyini eşidən kimi qaçaraq gəmi ilə Avropaya doğru yola çıxır. Bu rəvayətin hər nə qədər doğru, ya da yanlış olduğunu deyə bilməsək də o bir faktdır ki, Qüdsə gəlib çataraq oranın altını üstünə gətirən “məbəd cəngavərləri” adlı dəstə ani qərarla Romaya qayıdır və Papanın qəbuluna girdikdən sonra bir müddət toxunulmaz olaraq yaşayırlar. Rəvayətlərə görə onlar Maqdonalı Məryəmin İsa edam edilərkən Avropaya qaçdığı və təxminən indiki Fransa ərazisində məskən biləcəyi barədə məlumatla dönüblərmiş.

Əslində özləri İsanın Allahın oğlu olduğunu iddia edərək və beləliklə də günahların ən böyüyünü, şərik qoşmağı ən yüksək səviyyədə, papalıq səviyyəsində işləyən xristianlar ən inancsız müsəlmandan belə daha inancsız olduqları halda (günahların ən böyüyü və heç bağışlanmayanı şərikdir ki, bunu da “müqqəddəs üçləmə adı altında xristianlar etməkdədir) kafir, terrorist, barbar adlandırdıqları müselmanlarla aralarına mesafe qoya bilmək üçün çabalamaqdadırlar. Çünki digər dinlərdən İslama doğru bir çığ kimi hər gün böyüyərək artan axın vardır. İnsanlar İslamın əsil müddəalarına bələd olduqca, onu tanıdıqca bu dinin nə qədər elitar bir din olduğunu, hətta digər təhrif olunmuş səmavi dinlərlə belə müqayisə edilə bilməyəcəyini anlayaraq tək nicat yolunun islamda olduğunu anlamaqdadırlar. Qərbi çaş-baş salan və müsəlmanları barbar kimi göstərməyə vadar edən əsas faktlardan biri də məhz budur.
Avropa bu gün müsəlman dünyasını iki gündə birinin başını kəsən İŞİD , PKK, PYD, PJK və sair terror təşkilatları sayəsində barbar olduğunu dünya tarixinə yazmaq istəsə də, onların unutduğu şey özlərinin alçaqlıqlarla dolu tarixidir. Yuxarıda Avropa tarixinin erkən orta əsrlər dövrünə bir neçə dəqiqəlik səyahət edərək göstərmək istədiyimiz də bu idi. Əslinə baxılırsa bütün terror təşkilatlarının əlində mədəni Qərbin istehsal etdiyi silahlar vardır. Hansı İslam ölkəsi adam içinə çıxarıla biləcək səviyyədə tapança ya da tüfək istehsal edə bilir ki? Mən hələ ağır silahlardan danışmıram. Mədəniyyətin və təbii olaraq döyüş sənətlərinin, silahların beşiyi olan Şərq artıq sustalıb. Bir vaxtlar Avropalı səyyahların ağızdolusu bəhs etdikləri, sadəcə döyüşkənliklərinə, silah sursatlarına deyil, eləcə də dövlət bürokratiyası və idarəetməsinə heyran qaldıqları Kubilay xan, Topal Teymur, Fatih Mehmet indi harda? İslam mədəniyyəti çiçəklənərkən küçə başlarında cənnət qəbzləri satan, pişikləri gözlərindən dolayı şeytan adlandıran Avropa indi terrorçu qruplardan birinə silah, pul və sairə verərək inkişafına yardım edir, sonra o qurupun kifayət qədər şişib böyüdüyünü düşünməyə başladığında qarşı terror qruparına yardım etməyə başlayır. Məqsəd müsəlmanlar ölsün, məqsəd dünya müsəlmanların nə qədər vəhşi millət olduğunu görsün. Dünyaya müsəlmanların nə qədər vəhşi üzlərini göstərə bilsələr də, insan yediyini göstərə bilməyəcəklər. Çünkü o bizim genetik kodlarımızda yoxdur. O mədəniyyətin beşiyinə məxsusdur və onların inhisarındadır. Şükr ki, belədir…
Zaur Muradxanlı

LEAVE A REPLY