Bunları bilirdinizmi?

0
9

Bunları bilirdinizmi?

Odlu silahın ilk dəfə 1271- ci illərdə böyük xaqan Kubilay xan tərəfindən mancurlara qarşı istifadə olunduğunu bilirdinizmi?

İlk kağız pulların Kubilay xan zamanında istifadə olunduğunu və yararsız hala düşən əskinasların 3 faiz qarşılığında xəzinə tərəfindən dəyişdirilərək tədavüldən çıxarıldığını bilirdinizmi?

Xristofor Kolumbun Hindistan və Edbiyat adalarına qısa yoldan getməyə sürükləyərək yeni dünyanı kəşf etməsinə səbəb olan ən böyük ilham qaynağının Marko Polonun səyahətnaməsi olduğunu bilirdinizmi?

Tibet yaylasında yaşayanların təkərli nəqliyyat vasitəsi ilə sadəcə keçən əsrin əllinci illərində tanış olduqlarını bilirdinizmi?

Hindistanda hələ də 300 milyon insanın elektrikdən xəbərsiz, əski çağlarda olduğu kimi yaşadığını bilirdinizmi?

Volksvagen avtomobil firmasının A.Hitlerin təlimatı ilə “ hər alman ailəsinə bir avtomobil” kompaniyası əsasında hər kəsin ala biləcəyi qədər ucuz avtomobil olaraq planlaşdırılaraq istehsal edildiyini bilirdinizmi?

Kosmosa gedən ilk canlının layka adlı bir köpək olduğunu bilirdinizmi?

Ağ dənizlə Baltik dənizini birləşdirən kanalın çəkilişində otuz mindən artıq insanın tələf olduğunu bilirdinizmi?

1952-ci ildə çəkilən Volqa don kanalı ilə beş dənizin naviqasiya sisteminin birləşdirildiyini bilirdinizmi?

Dünyada ilk tunelin dörd min il öncə Fərat çayının altından vurulduğunu bilirdinizmi?

Ən böyük Misir piramidasının 145 m yüksəkliyinde Xeops ehramı olduğunu bilirdinizmi?

İncilin İsanın ölümündən 150 il sonra qələmə alındığını və bu səbəbdən də din adamları şifahi olaraq yadda saxladıqları bu kitabda könülləri istəyən kimi dəyişikliklər etdiklərindən hazırkı Bibliyada dörd müxtəlif İncil olduğunu bilirdinizmi?

Şumer qaynaqlarında tanrı ilə bağlı “tanrı təkdir, dəngi yokdur” kəliməsi olduğu və beş min il öncəyə aid bu kəlimənin türklərin tək tanrıya sitayiş edən ilk xalq olduğunu sübut etdiyini bilirdinizmi?

Göy türklərin dini kitablarında “Tanrı göyü yaratdı, yeri yaratdı, sonra isə insanı yaratdı” kəliməsinin olduğunu bilirdinizmi?

Marko Polonun yazdığına görə XIII əsrdə belə rusların yemək yeyərkən belə oturduqları yerdən qalxmadan tualet ehtiyaclarını görəcək qədər barbar olduqlarını bilirdinizmi?

Alyaska körfəzində Sakit okeanla Şimali buzlu okeanın birləşdiyini, amma sularının qarışmadığını bilirdinizmi?

Qitələrin ildə 1 sm-dan 5 sm-a dək hərəkət etdiyini bilirdinizmi?

Dağların sadəcə üçdə birinin yerin üstündə, digər üçdə ikisinin isə yerin altında olduğunu bilirdinizmi?

Hazırladı: Leyla

LEAVE A REPLY