Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampı ilk rəsmi səfərini Türkiyəyə etməyə çağırıb.
Bunu R.T.Ərdoğan jurnalistlərin ABŞ-Türkiyə münasibətləri ilə bağlı sualını cavablandırarkən deyib.
O qeyd edib ki, Türkiyə ilə Birləşmiş Ştatların münasibətləri strateji xarakter daşıyır. Xatırladaq ki, bundan əvvəl D.Trampın müşaviri Maykl Flayn Türkiyənin regionda ABŞ-ın mühüm müttəfiqi olduğunu demişdi.