Mitinq siyasəti özünü doğruldurmu?

0
8

Mitinq siyasəti özünü doğruldurmu?

Müsavatdan AXCP-yə yollar görünür.

“Milli Şura”nın, əslində isə AXCP-nin təşkilatçılıq etdiyi 9 noyabr mitinqi əvvəlkilərdən fərqlənmədi. Aşağıdakılar öz, yuxarıdakılar da öz yerlərini tutmuşdular. “El”dən ayrı düşmüş Eldəniz Quliyev sanki özünü daha rahat və sərbəst hiss etdiyini digərlərinə nümayiş etdirmək üçün yersiz hərəkətləriylə yadda qaldı.
İmicini dəyişmiş AXCP sədri Əli Kərimli də uzun-uzadı etdiyi çıxışda yeni bircə kəlmə olsun belə söyləyə bilmədi. Mitinqə təşrif buyurmuş insanları təəccübləndirən yeganə amil Ə.Kərimlinin yeni saç düzümü oldu. Nitqində müəyyən dəyişikliklər etməsi sadəcə pafosuyla bağlıydı. Əvvəlki mitinqlərdə sözləri qəribə tonda uzadan, səs tembrini dəyişən AXCP sədrinin psixoloji durumunun normal olmadığı barədə müxtəlif fikirlər söyləmişdi. Açıq söyləyim, Ə.Kərimlinin qəribə davranışı hələ də psixoloji durumunun normal olmamasından xəbər verir.
“Milli Şura”nın səlahiyyətsiz sədri Cəmil Həsənli mitinqdən razı qaldığını söyləsə də, fakt əksini nümayiş etdirirdi. Etiraf etmək lazımdır ki, son mitinqdə iştirakçıların sayı bir qədər çıxalmışdı. Müşahidələrimiz belə qənaətə gəlməyə əsas verdi ki, artan iştirakçıların deyil, əsasən xüsusi xidmət orqanlarının əməkdaşlarının sayıymış. Elə buna görə də mitinqin təhlükəsizliyinin qorunması yüksək səviyyədə təşkil edilmişdi.

Mitinq sonrası daha maraqlı müzakirələr getdiyindən həmin mövzuya da toxunmağı məsləhət bildim. Belə ki, əksəriyyət Ə.Kərimli və Cəmil Həsənlinin ölkə iqtidarı ilə anlaşa bildiklərindən söhbət açıb. Səbəb kimi AXCP və “Milli Şura”nın belə zəif mitinqləri keçirməklə kütləvi tədbirləri gözdən salmaqları göstərilir. Əslində bu barədə söylənilənlər müəyyən qədər inandırıcı görünür. Çünki iştirakçıların sayının hər dəfə azaldığını müşahidə edən mitinq təşkilatçıları belə tədbirlərin əks effekt yaratdığını müəyyən etməmiş deyildilər. Ə.Kərimlinin iqtidarla anlaşması ikinci tərəfə də sərfəlidir. Müxalifətin tez-tez mitinq keçirməsini beynəlxalq qurumlara Azərbaycanda demokratiyanın təntənəsi kimi təqdim etmək mümkün olduğundan ölkə iqtidarının Ə.Kərimli ilə anlaşmasının mümkün variantı kimi qəbul etmək olar.
İş o həddə çatıb ki, qorxaqlığı və cəsarətsizliyindən 20 ilə yaxın bir müddətdə okeanın o tayında yaşamağı məqbul hesab edən sabiq spiker Rəsul Quliyev də AXCP-nin keçirdiyi mənasız mitinqlərdən söhbət açaraq, həmin mitinqlərin müxalifətin imicinə zərbə vurmaqdan savayı nəyəsə xidmət göstərmədiyini əsaslandırmağa çalışıb.
Digər tərəfdən Ə.Kərimli belə zəif mitinq keçirməklə xarici himayədarlarının diqqətini cəlb etmək istəyir. Sirr deyil ki, mitinqlərin keçirilməsi üçün kifayət qədər yardımlar ayrılır. Son mitinqə dəvət edilmişlərin əksəriyyətinə 20 manat ödənilməsini kimsə inkar edə bilməz.

Əli Kərimli Qubad İbadoğlu anlaşmasının nəticələri kimin xeyrinə olacaq?

Müsavat partiyasının son qurultayı ərəfəsində dəfələrlə qeyd etmişdim ki, AXCP sədri Müsavatdaxili proseslərə müdaxilə edir. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının açıq-aşkar tanınmış iqtisadçı Qubad İbadoğluna dəstək verməsi, ona başqanlıq arzu etməsi Müsavatda xeyli çaxnaşma yarada bilmişdi. Müsavatdaxili çaxnaşmanın tezliklə səngiyəcəyi inandırıcı görünmür. Belə ki, həmin qarşıdurmanın arxasında Ə.Kərimlinin dayanması daha gizli mətləblərdən xəbər verir. Müsavatin yeni başqanı Arif Hacılının AXCP sədri ilə barışmaz rəqib olduğundan məlumatı olanlar, məhz həmin səbəbdən Müsavat başqanının bir addım belə olsun geriyə çəkilməyəcəyi qənaətindədirlər. Bunun həm də A.Hacılının xarakterik xüsusiyyətlərinə uyğun gəlmədiyini söyləmək olar.
Digər bir variant Q.İbadoğlunun öz tərəfdarları ilə birgə AXCP-yə transfer etməsidir ki, belə variantın Ə.Kərimliyə sərf etmədiyini təhmin etmək çətin deyil.
Çünki AXCP-dən zaman-zaman tanınmışların didərgin salınmasında maraqlı görünən Ə.Kərimlinin Q.İbadoğlu kimi tanınmış simanı özünə növbəti rəqib etməsi mümkün görünmür. Ancaq son variantda Q.İbadoğlunun AXCP-yə transferi daha inandırıcı görünür ki, onun “Milli Şura”nın mitinqinə qatılması tezliklə həmin transferin baş tutacağına işarədir.
Ə.Kərimlinin məkrli siyasətinin qurbanlarının hələ çox olacağı şübhəsizdir. Onun qurduğu oyunların acı nəticəsi kimi həbsxanalara atılmışların əksəriyyəti gec də olsa bunu dərk edir. “Nida”çıların ölkə prezidentindən əfv diləməsi də söylədiyimi bir daha təsdiq edir.
AXCP sədri son zamanlar utanıb-qızarmadan özünün yalnız xarici təşkilatlara güvəndiyini büruzə verməsi çoxlarında ona qarşı ikrah hissi oyadıb. Milli hisslərdən, milli mentalitetdən öz cılız məqsədləri naminə uzqlaşmış Ə.Kərimlinin Milli dövlətçiliyimizə hansı “töhfə”ləri hədiyyə etmək istədiyini indidən proqnozlaşdırmaq da problem deyil. Axıdılmış minlərlə Vətən oğlunun qanı üzərindən adlayaraq əzəli düşmənlərimiz ermənilərlə barışığı, “xalq diplomatiyası”nın vacibliyini önə çəkən erməni xislətli Leyla Yunusun əsas müdafiəçisinə çevrilmiş Ə.Kərimli və C.Həsənli kimilərin söz sahiblərinə çevrilmələri millətimizə yaxşı heç nə vəd edə bilməz. Sevindirici haldır ki, Ə.Kərimli, C.Həsənli, L.Yunus və onlara dəstəkçi olanları artıq hər kəs tanıyır. Məhz elə həmin səbəbdən də, AXCP və “Milli Şura”nın təşkil etdiyi mitinqlərə çox azsaylı insan qatılır. Qatılanların da yeganə təmənnası paylanılan 20 manatdır.
Q.İbadoğlunun da mitinqə qatılmaqda öz təmənnası var. O, hələlik Ə.Kərimliyə inanır və güvənir. Bu inancın uzun müddət davam etməyəcəyini qətiyyətlə söyləyə bilərəm. Çünki Ə.Kərimli yalnız öz maraqlarına xidmət edib və ətrafındakıları da həmin maraqlarına nökərçilik etdirməyi ustalıqla bacarıb. Birmənalı olaraq söyləyə bilərəm ki, AXCP sədri tezliklə Q.İbadoğlunu yarı yolda buraxıb, növbəti qurbanlarını aramağa çalışacaq. Artıq belə bir qurban tapılıb. Tanınmış siyasi ekspert Yaşar Cəfərli həyatının ən böyük səhvini buraxaraq AXCP-yə qəbul olunmaq üçün Ə.Kərimliyə ərizəylə müraciət edib.

Turan Türk

SHARE
Previous articleAzərbaycana baxış…
Next articleAlabaş

LEAVE A REPLY