OPEC:”Azərbaycanda gələn il sutkalıq neft hasilatı 30 min barrel azalacaq”

0
5
2016-cı ildə Azərbaycan və Rusiyada neft hasilatı artdığı bir vaxtda, “Kaşaqan” yatağının erkən istismara verilməsinə baxmayaraq Qazaxıstanda, o cümlədən MDB-də istehsal azalacaq. Bu barədə OPEC-in noyabr ayı üzrə hesabatında deyilir.

Sənəddə deyilir ki, 2016-cı ildə MDB ölkələri sutkalıq neft tədarükünü 0,16 mln. barrel artıraraq 13,85 mln. barrelə çatdıracaq. Beləliklə, bu, əvvəlki hesabatda əksini tapan rəqəmdən sutkalıq 15 min barrel çoxdur.

OPEC bildirir ki, avqustda Azərbaycanda gündəlik xam neft hasilatı iyuldakı göstərici ilə müqayisədə 40 min barrel azalaraq 0,77 mln. barrelə enib.

Kartelin proqnozuna əsasən, yaxın aylar ərzində Dərinsulu Günəşli platformasında aparılan texniki işlərin davam etməsi hasilatın artmasına səbəb olacaq.

Hesabatda deyilir ki, gələn il Azərbaycanda orta sutkalıq neft hasilatı 30 min barrel azalaraq 840 min barrel təşkil edəcək.  (APA)