“Ağac soyqırımı” davam edir…
Bu dəqiqələrdə aldığımız məlumata görə Xətai rayon Məhəmməd Hadi küçəsində yaşayış binasının həyətində yaşıllıqların məhv edilməsinə çalışılır. Verilən məlumata görə binaların həyətində qalmış bir ovuc yerdə belə bina tikmək məqsədindədirlər. Bu məqsədlə gələnlər isə bina sakinlərinin etirazı ilə qarşılaşıb. Sakinlər övladlarının oyun meydançası kimi istifadə etdikləri sahənin də zəbt olunmasına qarşı çıxır. Hazırda əraziyə polis əməkdaşları da cəlb olunub.
Nicat