Gələn həftə Ankaraya səfər etməyi planlaşdırıram.
Bunu Almaniya Xarici İşlər naziri Frank Valter Ştaynmayer Bundestaqda çıxışı zamanı deyib.
O bildirib ki, hərbi çevriliş cəhdindən sonra Türkiyə bir yol ayrımına daxil olub:
“Türkiyə ya Avropanın yolu ilə irəliləyəcək, ya da bu yoldan uzaqlaşacaq. Biz Türkiyənin Avropa ilə bağlı olmasını, müsbət əlaqələrimizin mövcudluğunu istəyirik. Lakin durum dəyişib və siyasətimizi yenidən müəyyənləşdirməliyik”. (Axar.az)