PKK terror qruplaşmasının silahlıları Türkiyənin Van vilayətinin Başqala rayonunun İranla sərhəd ərazisində avtobusu atəşə tutub.
Nəticədə 3 qoruyucu və 1 mülki şəxs həlak olub.
Hücum zamanı daha iki qoruyucu yaralanıb. Yaralılar Başqala Dövlət Xəstəxanasına yerləşdiriliblər.
Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə xüsusi əməliyyat başlayıb. (Report)