Avropa Komissiyasının sədri Jan-Klod Yunker Türkiyə ilə viza rejiminin ləğvinə münasibət bildirib.
Yunker Tvitter hesabında yaxın vaxtlarda məsələnin həll olunmayacağını bildirib:
“Şərtlər yerinə yetirilmədən viza sərbəstliyi təmin olunmayacaq”.
Xatırladaq ki, HDP-çi deputatların həbsindən sonra Avropa Birliyi ölkələri Türkiyəyə sərt etiraz edib.