“Dövlət universitetləri özəlləşdirilməlidir”

0
2

“Dövlət universitetləri özəlləşdirilməlidir”
alt=”"Dövlət universitetləri özəlləşdirilməlidir"” title=”"Dövlət universitetləri özəlləşdirilməlidir"”

Məcburi köçkünlərin və qaçqınların həyat şəraitinin və mənzil təminatının yaxşılaşdırılması üçün vəsait artırılmalıdır.

Bunu bu gün 2015-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin komitələrinin birgə müzakirəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib.

Onun fikrincə, məcburi köçkünlər evlə təmin olunmalıdır. Deputat dövlət strukturları üçün yeni ofislərin tikilməsinə etiraz edib. Onun sözlərinə görə, bu qədər ofisin tikilməsi artıq xərcdir: “Həmin vəsaitləri məcburi köçkünlərə ayırmaq və onların həyat şəraitinin yaxşılaşdırılmasına sərf etmək lazımdır”.

Qüdrət Həsənquliyev qeyd edib ki, dövlət müəssisələri, dövlət universitetləri özəlləşdirilməlidir. Onun sözlərinə görə, bu obyektlər özəlləşdirilərsə, əlavə vergilər hesabına dövlət büdcəsi daha da təkmilləşər: “Dövlət binalarına nə qədər xərc çəkiləcək? Onların artıq özəlləşdirilməsinin vaxtı çatıb”.

O, sosial ipotekanın artırılmasının vacib olduğunu da qeyd edib.

2015-ci ilin dövlət büdcəsində sosial ipoteka xərcləri üçün 50 milyon manat nəzərdə tutulur.

LEAVE A REPLY