2020-ci ildə Yer kürəsini təhlükə gözləyir- NASAdan xəbərdarlıq

0
6

ABŞ Kosmik agentliyi NASA “Yer kürəsi 2020-ci ildə asteroidlə toqquşan zaman nə etməli” istiqamətində eksperimentlər həyata keçirib. Lakin NASA-nın konkret tarixi qeyd etməsi və sınaqlarda bütün texniki imkanlarının ortaya qoymaq istəyi insanlarda qorxu yaradıb.

Artıq ABŞ və Avropa mətbuatı NASA-nın irimiqyaslı sınaqlarından şübhələnir. Qərb mətbuatının yazdığına görə, NASA 2020-ci ildə baş verəcək böyük təhlükədən xəbərdar olsa da, onu ictimaiyyətdən gizlədir. Sızdırılan informasiyalar görə, hətta 2020-ci ildə dünyanın bəzi iri şəhərlərində əhalinin təxliyə edilməsi belə planlaşdırılıb.
Lakin NASA bu barədə rəsmi açıqlama verərkən, bəşəriyyətin nəinki 2020-ci ildə, hətta bütün illərdə Yer kürəsinin asteroidlə çarpılmasına hazır olmasının vacibliyini vurğulayıb.