Dünya Bankı:”Azərbaycan orta və kiçik biznesə diqqət ayırmalıdır”

0
6
Azərbaycanda kapital bazarları yüksək səviyyədə modernləşdirilib.

Bunu Dünya Bankının layihəsinin reallaşdırılmasının nəticələrinə dair xüsusi tədbirdə BP-nin maliyyə sektoru üzrə meneceri Polf Bernd deyib. (Turan)

Onun sözlərinə görə, az yerdə belə modernləşmə səviyyəsi var, ancaq qlobal strukturun əsas funksiyalarından biri kiçik və orta sahibkarların şərait və rifahının yaxşılaşdırılmasıdır. Ona görə də yerli hökumət kapital bazarlarından, o cümlədən özəlləşdirmə zamanı effektiv istifadəni təmin etmək üçün işini davam etməlidir.

Xatırladaq ki, DB 2011-ci ilin martında Azərbaycan hökumətinə ümumi dəyəri 15,8 mln dollar olan “Kapital bazarlarının modernləşdirilməsi” layihəsinin reallaşdırılması üçün 12 mln dollar ayırıb. Əlavə olaraq bu məqsəd üçün İsveçrənin iqtisadi məsələlər üzrə dövlət katibliyi (SECO) 1,6 mln dollar, yerli hakimiyyət – 2,2 mln dollar qrant ayırıb. Məqsəd – maliyyə sektorunun, kapital bazarı alətlərinin güclənməsi və kapital bazarları vasitəsilə maliyyələşmə ilə qeyri-neft sektoruna dəstəkdir.