“Azərişıq”:”Ağsu rayon Mərkəzi Xəstəxanasında elektrik enerjisinin bərpası üçün borc ödənilməlidir”

0
6

“Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi borca görə kəsilib”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Azərişıq” ASC-dən bildirilib.

Qurumdan əlavə olunub ki, istehlak olunan enerjinin haqqı ödənilməlidir: “Üç ay ərzində Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinə olan borcları ilə bağlı xəbərdarlıq olunub. Buna baxmayaraq, bir manat da borc ödənilməyib. Bu borc xəstəxananın sayğac göstəricisi əsasında hesablanıb. Elektrik enerjisinin bərpa olunması üçün borc ödənilməlidir”. 

Qeyd edək ki, Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi kəsilib. Baş həkim Şəhrəbanu Məlikova “Report”a bildirib ki, hazırda xəstəxanada 22 dializ xəstəsi, əməliyyat olunmalı xəstələr, habelə küvezdə yeni doğulmuş körpə var.