Həbsdəki jurnalistin həyat yoldaşı İran səfirliyinə sığınıb?

0
6

Azinforum.az xəbər verir ki, hazırda həbsdə olan Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Nosrati “Feysbuk”-da yazdığı şərhlərin birində qeyd edib ki, noyabrın 3-dən İran İslam Respublikasının Bakıdakı səfirliyi ona və övladlarına mənzil ayırıb. Onlar həmin məzildə xüsusi mühafizə altında olacaqlar. Amma sonradan o, bu şərhini nəyə görəsə silib.

Xatırladaq ki, Faiqə Nosrati İran vətəndaşıdır.

Fikrət Fərəməzoğlu barəsində 2016-cı ilin iyulun 2-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Jurnalist Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmədə) maddəsi ilə təqsirləndirilir.