PKK İraqın şimalındakı Qəndil dağındakı 3 düşərgəsini İrana köçürüb.
Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
Xəbərdə iddia olunur ki, PKK-nın köçürmə əməliyyatına rəsmi Tehran göz yumub. “İraq sərhədləri içərisində qalan terror düşərgələrinin Türk F-16 qırıcıları tərəfindən vurulması səbəbi ilə PKK rəhbərliyi öz kirli planlarını İran ərazisindən icra edir”, — qəzet yazıb.