Türklər erməni müğənnini mükafatlandırdılar

0
8

Türklər erməni müğənnini mükafatlandırdılar

Türkiyənin İzmit şəhərinin sakinləri Fransada yaşayan erməni mənşəli müğənni Şarl Aznavura “Qızıl Çinar” mükafatı təqdim ediblər. Modern.az xəbər verir ki, Türkiyənin Fransadakı səfiri Haqqı Akıl mükafatı Parisdə müğənniyə təqdim edib. “Qızıl Çinar” mükafatının Aznavura rəsmi təqdim olunma mərasiminin bu gün İstanbulda keçirilməsi nəzərə tutulub.

Şarl Aznavurun anası İzmit, atası isə Gürcüstanın Axalkalaki şəhərində anadan olan ermənilərdi. Müğənni özü 1924-cü ildə Parisdə doğulub.

LEAVE A REPLY