Elmar Məmmədyarov:”Azərbaycan suriyalı qaçqınların vəziyyətini yüngülləşdirmək üçün yardım göstərməyə çalışır”

0
7

Ermənistanın işğalçılıq siyasəti nəticəsində humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi Azərbaycan Suriyadakı humanitar problemi anlayır və qaçqınların vəziyyətini yüngülləşdirmək üçün beynəlxalq təsisatlar vasitəsilə yardımlar etməyə çalışır.

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Misirin “MENA” informasiya agentliyinə müsahibəsində deyib.

Nazir dünyada terror, silahlı münaqişə, savadsızlıq, sosial problemlər kimi ümumi bəlaların aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Suriya probleminin həllində Azərbaycanın mövqeyinə gəldikdə isə E. Məmmədyarov bildirib ki, ilk növbədə humanitar böhranın aradan qaldırılması üçün Suriyada atəşkəsə nail olunmalı və problemin siyasi həlli tapılmalıdır. BütünSuriya xalqının iradəsinə əsaslanan siyasi həllinin tapılması üçün hərtərəfli prosesin başlanılmasının vacibliyini önə çəkən nazir qeyd edib ki, Suriyanın ərazi bütövlüyü və siyasi birliyi təmin edilməli, qorunub saxlanılmalıdır.  (APA)