Azərbaycanda noyabrın 9-da Dövlət Bayrağı günü qeyd ediləcək.
Strateq.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə həmin gün qeyri-iş günü hesab edilir.
Qeyd edək ki, noyabrın 12-də Konstitusiya günü, 17-də isə Dirçəliş günü qeyd ediləcək. Həmin günlər isə qeyri-iş günü hesab edilmir.