“Neftçi” rəhbərliyi azarkeşi vuran futbolçunu qovdu –Açıqlama

0
7

“Neftçi” rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib.

Bu barədə klub xəbər yayıb.

Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.

Klubun icraçı direktoru Orxan Hüseynzadə məsələ ilə bağlı açıqlama verib: “Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”(APA).

Xatırladaq ki, Tiira “Qarabağ”la qarşılaşmada “Neftçi”nin azarkeşini vurmuşdu.