FETÖ araşdırması çərçivəsində hazırlanan ittiham aktında təşkilatın fəaliyyəti ilə bağlı maraqlı məqamlar yer alıb.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülən hərəkatı bütün üzvlərinə həyat tərzləri və davranışlarına görə qiymət verirmiş. Yalnız rəğbət qazanan üzvlərə ciddi tapşırıqlar həvalə edilirmiş.
Məsələn, FETÖ-çülər arasında namaz qılmayan, içki içən, siqaret çəkən, sevgilisi olanlara 1 bal verilib. Namaz qılan, söhbətlərdə iştirak edən, kitab oxuyan, təşkilatın ideologiyasını mənimsəyən, içki, siqaret vərdişi və sevgilisi olmayanlar ən yüksək bala – 4-ə layiq görülüb.
Dörd bal alan üzvlərə ən kritik vəzifələr həvalə olunub. 3 ballı üzvlər sadə vəzifələrə cəlb olunub, 2 və 1 balı olanlara isə ümumiyyətlə tapşırıq verilmədiyi bildirilir.
Zamanla balları artan və azalan üzvlərə buna uyğun etimad göstərilib.
İstisnasız olaraq bütün üzvlər FETÖ-yə bağlı mətbu orqanlara aylıq və ya illik abunə etdirilib.