Üç uşaq anası olan arvadını boğub öldürdü- Qəbələdə dəhşətli qətl

0
6

Qəbələ rayonunda qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Kürd kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Verdiyev Xəyal Xaliq oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələlik məlum deyil.

Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.