“Reuters”:Səudiyyə Ərəbistanı və Körfəz ölkələri neft hasilatını 4 faiz azaldır

0
7
Səudiyyə Ərəbistanı və Bəsrə Körfəzi ətrafındakı ərəb ölkələri neft hasilatını 4 faiz azaldacaqlarını Rusiyaya bildiriblər.

Azertac “Reuters”ə istinadla xəbər verir ki, Rusiya və ərəb ölkələrinin enerji nazirlərinin iştirakı ilə Ər-Riyadda qapalı keçirilən görüşdə Rusiyanın energetika naziri Aleksandr Novak isə ölkəsinin neft istehsalını azaltmayacağını, lakin mövcud səviyyələrdə “donduracağını” deyib.

Hasilatın 4 faiz azaldılması böyük ehtimalla OPEC-ə üzv və digər neft istehsal edən ölkələrin nümayəndələrinin qatılacağı Vyanadakı kartelin Yüksək səviyyəli Komitəsinin iclasında müzakirə ediləcək.