Çinli casuslar Pentaqonun məxfi sənədlərini ələ keçiriblər

0
6
ABŞ-ın milli təhlükəsizlik orqanları Çini Pentaqonun məxfi planlarını oğurlamaqda ittiham edir.

Strateq.az xarici mətbuata istinadən xəbər ki, bu barədə «Washington Free Beacon» nəşri məlumat yayıb.

Məqalədə deyilir ki, çinli casusların hədəfləri arasında  Federal Təhqiqatlar Bürosu və ABŞ-ın Sakit okean komandanlığı (USPACOM) da olub. Casuslar əsasən ABŞ-ın Pekinlə mübahisəsinə dair gizli planlarına maraq göstəriblər.

Pentaqondan bildiriblər ki, əsas insidentlərdən biri 2014-cü ildə baş verib. USPACOM-da müqavilə əsasında işləyən podpolkovnik Benjamin Pirs Bişop məxfi materialları Çin vətəndaşına ötürdüyün etiraf edib.

Bu materiallarda ABŞ-ın hərbi planları, nüvə silahı və pilotsuz  MQ-9 Reaper-lə bağlı bilgilər və ABŞ-ın Çinə qarşı strategiyasının əks olunduğu gizli hesabat olub.

Oğurlanmış sənədlər arasında 5.6 milyon əl iziylə bağlı məlumatlar da olub.