İmişliyə son 60 il ərzində ilk dəfə payızdaqar yağıb

0
6
İmişli sakinləri son 60 ildə ilk dəfədir ki, payızda yağan qarın şahidi olublar.

Trend ARB TV-yə istinadən xəbər verir ki, səhər saatlarında başlayan sulu qar sonradan qara çevrilib.

Hazırda İmişlidə qış havası müşahidə olunur. Əksər illər hətta yanvar ayında belə qar görməyən İmişli sakinləri deyir ki, indi yağan qar kənd təsərrüfatının bəzi sahələri üçün faydalı olsa da, digər tərəfdən ziyanlıdır. Rayon sakini Ruslan Şahbazov bildirib: “Taxıla xeyiri var, ancaq pambığa ziyandır. Çuğundurun yetişən vaxtıdır. Camaatın məhsul toplamağına problem yaradır”.