Arıq görünməyin sirləri…
Qadınların ən böyük sıxıntılarından biri də artıq çəkiləridir. “Çəkilərim ucbatından geyinə bilmirəm”, – deməyin! Ailem.az arıq görünmənin yollarını təqdim edir.
Aksessuar istifadə edin
Boyunbağı kimsəyə zərər verməz. Çoxlu boyunbağı çiyinlərinizi daha kiçik göstərir və üzərinizdəkilərə daha ağır bir hava qatar. Boyunbağının yaratdığı üçkünc görünüş belinizi və ayaqlarınızı daha incə göstərər.
Gen şalvar və ətəklər arıq göstərir
Ombaları gizlətmək üçün gen şalvar və ətəklər əla seçimdir. Bunlar ombalarınızın daha az gözə batmasına kömək edəcək.
Düz saçlar və iri eynəklər
Arxadan topladığınız düz saçlar və iri eynəklər hər kəsi arıq göstərir. İri eynəklər almacıq sümüklərinizi aydınladar və hər hansı bir geyimi möhtəşəm hala gətirər.
Yırtıq cinslərdən qorxmayın
Rahat boyfriend yırtıq cinslərlə necə arıq görünəcəyinizə heyran qalacaqsız.
Rahat buraxın
Geydiyiniz köynəyi ətək, ya şalvarın içinə salmaq yerinə üstünə buraxın. Köynəyinizin ombanı örtməsinə və ətək, ya şortunuzun dizüstü olmasına diqqət edin.
Şaquli cizgilər hər zaman işə yarar
Şaquli cizgilər insanı uzun və arıq göstərər. Bu dizaynda şalvar, ya köynək geyinə bilərsiz.
Volanlı ətək geyinin
Bel qismini incələşdirmək üçün üst köynəyinizi uzun ətəyinizin içinə salın.
Orta uzunluqda bir ətək seçin
Əgər problemli bölgəniz ayaqlarınızdırsa, orta uzunluqlu ətək seçin. Bu ətəyin beldəki duruşu bədəninizi gözəl göstərməkdə qətiyyən uğursuz alınmaz.
Uzun bir üst və qısa bir alt
Üzərinizə uzun bir jilet geyinib arıq görünə bilərsiz.
Köynək-don geyinin
Stil sahibi hər qadının qarderobunda mütləq köynək-don olmalıdır. Heç vaxt dəbdən düşmür.
Qara rəngin möcüzəsindən yararlanın
Təpədən dırnağa qara geyinə bilərsiz. Heç bir şey qara qədər insanı incə göstərməz.
Klassik bir A kəsim donunuz olsun
Bu kəsimin orta qismi belinizi daha incə göstərir. Volanlı ətəyi ombanızı örtər.