Güclü yağışlar cənub bölgəsində ciddi fəsadlara səbəb olub

0
9

Azərbaycanın cənub bölgəsində intensiv yağan yağışlar subasmaya səbəb olub. 

Belə ki, Masallı rayonun Böyük Təklə kəndində Göytəpə və Yazqıraq çaylarının bir-birinə qovuşaraq daşması nəticəsində 40-a yaxın yaşayış evinin ərazisi su altında qalıb. Hətta bəzi ərazilərdə suyun səviyyəsi 1,5 metrə qalxıb. Bundan əlavə, Viləşçay, Tatyançay, Boradigahçayda sululuğun səviyyəsi maksimum həddə çatıb. (“Report”)