NATO Rusiyanın Kalininqradda yerləşdirdiyi İsgəndər raketlərinə cavab verəcək.
Bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib. Onun sözlərinə görə, NATO-nun verəcəyi reaksiya ifrat dərəcədə olmayacaq.
Qeyd edək ki, sabah NATO müdafiə nazirlərinin Brüsseldə görüşü olacaq. Görüşdə əsasən Şərqi Avropa, Suriya, Ukrayna məsələləri müzakirə ediləcək.