Rusiya saytı Azərbaycanın şimal sərhədini belə adlandırdı… – TƏXRİBAT…

0
6

Bu gün bir sıra Azərbaycan və Rusiya saytlarında Rusiya vətəndaşı olan qadının Dağıstanın Azərbaycanla sərhəd Məhərrəmkənd gömrük postundan 90 ədəd iPhone mobil telefonu keçirməyə cəhd etməsi barədə məlumat verilib.

Məlumatda deyilir ki, Dağıstan gömrükçüləri qaçaq malı Rusiyadan Azərbaycana gələn “Lada Granta” avtomobilində yoxlama zamanı aşkar ediblər. Yoxlama zamanı 90 ədəd iPhone və onlara aid aksesuarın avtomobilin arxa sağ təkərinin içində gizlədildiyi məlum olub. Yük müsadirə olunub və ekspertizaya göndərilib. Faktla bağlı təhqiqat aparılır. Telefonların saxta olub-olmadığını ekspertiza müəyyən edəcək…”
Söhbət informasiyanın məğzindən getmir.
Moderator.az-ın araşdırdığı bir çox Rusiya saytları da sözügedən məlumatı demək olar ki, eyni məzmunda, sadəcə, bir az təfsilatlı formada təqdim ediblər. Bu da olayın qonşu ölkənin ərazisində baş verməsindən irəli gəlir. Amma Lezgiyar portalı yaydığı eyni məlumata təxribatçı bir başlıq qoyub “…“Ləzgi-ləzgi sərhədində” iri iPhone partiyası yaxalandı”.