Belçika kralı məhkəməyə çağrılıb.
Bu krallıq tarixində ilk dəfədir baş verir. Gələn ilin fevralında Delfina Boel adlı xanımın işi üzrə məhkəmə prosesi keçiriləcək. O, atalıq hüququnun tanınması üçün məhkəməyə müraciət edib. Qız belçikalı baronessa olan anasından öyrənib ki, atası kral Eduraddır. Anası qızına etiraf edib ki, kral Edurad hələ şahzadə olarkən onunla əlaqəsi olub.
Kral Eduard bu iddia üzrə məhkəməyə çağrılıb. O, nigahdankənar qızının olduğunu rədd edir.