Gəncliyin sirri tapıldı

0
8

Amerikalı alimlər apardığı tədqiqatda gəncliyin və uzunömürlü olmağın sirrini tapmağa nail olub.

ABŞ-ın Yuta Universitetində aparılan tədqiqatda məlum olub ki, qadınlarda yumurtalıq köçürülməsi ömrü uzadır. Siçanlar üzərində çalışan mütəxəssislər sağlamlıq problemləri olan dişi siçovullara yumurtalıq köçürüb. Əməliyytadan sonra beyin, qaraciyər və ürək funksiyalarının fəaliyyəti yaxşılaşan siçanların ömrünün təxminən 650 gündən 1000 günə çıxdığı müşahidə olunub.

Mütəxəssislər iddia edir ki, bu əməliyyat metabolizmi canlandırır və immunitet sistemini gücləndirir. Alimlər yeni üsulun insanlar üzərində də həyata keçirilməsi üçün işlər aparır. Araşdırma qrupunun professoru Cefri Mason qadınlardan

20-dan yaşdan sonra alınan kök hüceyrə sayəsində inkişaf etdirilən yumurtalıqların gələcəkdə onlara köçürülməsinin mümkünlüyünü vurğulayıb.