Xəzərdə zəlzələ baş verib

0
4

Xəzərin Azərbaycan sektorunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, ilkin məlumatlara əsasən, təkanlar yerli vaxtla saat 14:29-da Nardarandan 73 km şimal-şərqdə Xəzər dənizində qeydə alınıb.

Maqnitudası 3.3, dərinliyi isə 60 km olan zəlzələ hiss olunmayıb.