Azərbaycanda “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının satışına rəsmən start verilib

0
5

Azərbaycanda “Apple” şirkətinin “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının satışına rəsmən start verilib. Bu barədə “Alma Store” (“Apple” firma mağazalarının Azərbaycanda rəsmi şəbəkəsi) şirkətindən bildiriblər.

Qeyd olunub ki, “iPhone 7” smartfonlarının qiyməti 1649-1849 manat arasında dəyişir – müvafiq olaraq 32 və 128 qiqabayt yaddaşla.

32 qiqabaytlı “iPhone 7 Plus” versiyası 2149 manat, 128 qiqabaytlı “iPhone 7 Plus” isə 2349 manatdır. (“Trend”)