Akif Çovdarovun işində iki nəfər şikayətini geri götürdü –Məhkəmə prosesi

0
4
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, zərərçəkmiş şəxslərdən ikisi vəkillər vasitəsilə şikayətçi olmadıqları haqqında məhkəməyə müraciət edib.

Hakim deyib ki, ərizələr həmin şəxslərin özləri ilə də aydınlaşdırılacaq və cinayət işi materiallarına daxil olacaq.

Sonra prosesdə şahidlər ifadə verib. Proses davam edir.

Qeyd edək kİ, İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. Bu iş üzrə müğənni Manaf Ağayev də şahid kimi dindiriləcək. İ. Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

APA