BƏƏ-nin nazir müavini:”Azərbaycan vətəndaşlarımız üçün regionun turizm qibləsinə çevrilib”

0
7
Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi general-leytenant Firudin Nəbiyəvin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin daxili işlər nazirinin vətəndaşliq, yaşama icazəsi və limanlar məsələləri üzrə müavini general-mayor Xəlifə Hərib Əl-Xeyli ilə görüş keçirib.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən “Report”a verilən məlumata görə, Miqrasiya Xidmətinin rəisi iki ölkəni birləşdirən əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli səfirlərdən danışıb. F.Nəbiyev bu səfərlərin dost və qardaş ölkələrimiz arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişafı baxımından müstəsna əhəmiyyətini xüsusilə qeyd edib.

Sonra dövlət başçısı İlham Əliyevin bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsinin də ən yüksək beynəlxalq standartlara uyğun inkişafına böyük önəm verdiyini bildirən F.Nəbiyev 2007-ci ildətəsis edilmiş qurum və qurumun vəzifələri haqqında ətraflı məlumatlar təqdim edib və BƏƏ-nin nazir müavinini ölkəmizə rəsmi səfərə dəvət edib.

BƏƏ rəsmisi dost Azərbaycanla əlaqələrin həqiqətən də yüksək səviyyədə olduğunu təsdiqləyərək, BƏƏ vətəndaşları üçün regionun turizm qibləsinə çevrilən Azərbaycanda qısa müddət ərzində miqrasiya sahəsində görülən işlərin səviyyəsinə heyran olduğunu və bu sahədə dost Azərbaycanla əməkdaşlıq etməyə və lazım dəstək verməyə hazır olduğunu diqqətinə çatdırib.

X.H.Əl-Xeyli F.Nəbiyevə dəvətə görə təşəkkürünü bildirib və böyük məmnuniyyətlə səfərini həyata keçirəcəyini vəd edib.

Görüş əsnasında, miqrasiya, daimi və müvəqqəti yaşama icazəsi və başqa məsələlər üzrə tərəfləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb. (Report)