Nazir:“Sahibkarlıq strukturlarında yoxlamalar min dəfə azalıb”

0
4
Bakıda “Qeyri-neft ixracı: bu günün çağırışları və yeni imkanlar” mövzusunda konfrans keçirilib.

İqtisadiyyat naziri Şahin Mustafayev tədbiri açaraq bildirib ki, bu sahədə əsas trend sahibkarlıq strukturlarında yoxlamaların min dəfə azalmasıdır (ötən ilin 1 oktyabrında 50 min, bu il 50).

O deyib ki, indiyədək sahibkarlara 62 investisiya təşviqi sənədi verilib, hazırda bu sahədə 9 layihəyə baxılır. Ümumilikdə son 5 ayda verilmiş və baxılmaqda olan bu cür investisiya layihələri üzrə 800 milyon manatdan çox sərmayə qoyuluşu həyata keçiriləcək.

Bundan başqa, SKMF xətti ilə indiyədək 2 mlrd manat verilib, 32 min layihə maliyyələşdirilib.

Qeyri-neft ixracından danışarkən o bildirib ki, gömrükdə islahat keçirilib, elektron bəyannamə sisteminə keçilib. Bundan başqa, sahibkarlıq lisenziyaları müddətsiz olub.