Bakıda 18-45 yaşlı qızların 30 faizi ailə qurmayıb

0
4

“Bu gün gənclərin vaxtında ailə qurmasına ehtiyac var. 35 yaşında olan qızın həddindən çox xroniki xəstəliklərə meyilliyi artır”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin Mama-ginekologiya kafedrasının müdiri, professor Elmira Əliyeva deyib.

Onun sözlərinə görə, son illər Bakıda reproduktiv dövrdə (18-45 yaş arası) olan qadınların 30 faizə qədəri ailə qurmayıb. Bu isə reproduktiv sağlamlığa zərər vuran əsas səbəblərdən biridir.

E.Əliyeva qohum nikahındansa evlənməməyi məsləhət görüb. “Bakı kəndlərində elə ailələr olur ki, onlar 4-5 dəfə qohum olurlar. Bu məsələlərə qarşı maarifləndirmə işləri aparılmalıdır”.