FHN İmişlidə baş verən zəlzələ ilə bağlıməlumat yaydı

0
14

Fövqəladə Hallar Nazirliyi İmişlidə baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Məlumatda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla bildirilir ki, oktyabrın 16-da yerli vaxtla saat 11:52-də Saatlıdan 30 kilometr cənub-qərbdə, İmişli rayonu ərazisində 12 kilometr dərinlikdə 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ yaxın yaşayış məntəqələrində 3,0 bala qədər hiss olunub.

İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.