“Türkiyə səhv addım atdı”

0
7

“Türkiyə səhv addım atdı”

Azər Həsrət: “Əhməd Davudoğlu erməni sevgisi, Gülənə yaxın və türk dünyasına qərəzi olan adamı müşavir təyin etdi”

“Yeddi Dövlət Bir Millət” Konseyinin başqanı Azər Həsrət Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni jurnalist Etyen Mahçupyanı baş müşaviri təyin etməsinə münasibət bildirib. A.Həsrət Davudoğlunun bu addımının Azərbaycan tərəfindən təəssüf hissi ilə qarşılandığını deyib. A.Həsrətin sözlərinə görə, Etyen Mahçupyan uzun müddət Fətullah Gülənə çalışmış adamdır. Konsey başqanı qeyd edib ki, bir qayda olaraq o, Türkiyə dövlətinin yürütdüyü siyasətə qarşı mövqe sərgiləyib: “Türkiyəni qondarma “erməni soyqırımı”-nı tanımağa yönəlik fəaliyyətləri olub. Erməni sevgisi olan, bütöv türk dünyasına qarşı qərəzi ilə seçilən adamdır. Məhz Əhməd Davudoğlu kimi təcrübəli siyasətçinin belə birini özünə müşavir təyin etməsi təəccüblüdür. Əslinə qalanda da Mahçupyan Davudoğluna müşavirlik edəcək səviyyədə deyil. İkinci tərəfdən onun erməni sevgisi, Fətullah Gülən camaatına yaxın olduğu halda Mahçupyanı baş müşavir təyin etməsi başqa mətləblərdən xəbər verir. Düzdür iddia oluna bilər ki, Mahçupyan “Zaman” qəzetindən gedib. Amma bu o demək deyil ki, bu adam öz xislətindən əl çəkib. Türkiyə bu gün çox yalnış addım atıb. Təəssüf edirəm ki, bu səhv addımın nəticəsini Türkiyə və bütün türk dünyası görəcək”.

LEAVE A REPLY