Xətai rayonu İcra Hakimiyyəyində ciddi kadr dəyişikliyi

0
4

Xətai rayonu İcra Hakimiyyətində kadr dəyişikliyi edilib.İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev vəzifəsindən azad edilib. Onun yerinə başçının müavini postunu tutmuş Zaməddin Əkbərov təyin edilib.Z.Əkbərovun yerinə isə Teymur Əzizov gətirilib.

2

İcra Hakimiyyətindən Millətim.info-a sızan məlumata görə, vəzifəsindən kənarlaşdırılmış sabiq birinci müavinlə başçı R.Məmmədovun arasında soyuqluq uzun müddət davam edib. Başçı savadlı, daha cavan olan sabiq müavininə qısqanc münasibət bəsləyirmiş. R.Quliyevin işgüzarlığı yuxarı dairələrin diqqətini cəlb edibmiş. Daha öncə R.Quliyev barəsində müxtəlif KİV-lərdə mənfi rəy yaradan informasiyalar verilmişdi ki, həmin informasiyaların məhz sifarişlə-Rafiq Quliyevin vəzifəsindən azad edilməsinə hazırlıq məqsədi üçün verildiyi ehtimal edilir.

Baş vermiş dəyişikliyin Xətai rayon İcra Hakimiyyətinin fəaliyyətində dönüş yarada biləcəyi inandırıcı görünmür. Səkilərin belə satıldığı rayonda insanların hərəkəti çətinləşmiş kimi görünür.

Turan