Amerika vizasının verilməsində qayda dəyişdi– Yeni qadağa

0
4

ABŞ Dövlət Departamenti Amerika vizası üçün təqdim edilən foto ilə bağlı qaydanı dəyişib.

Dəyişikliyə əsasən, bundan sonra viza üçün müraciət edən şəxsin eynəkli fotosu qəbul olunmayacaq.

Yeni qayda bu il noyabrın 1-dən tətbiq olunmağa başlayacaq.

Departamentin yaydığı məlumatda bildirilir ki, bu qadağa viza müraciətlərinə baxılması ilə bağlı gecikmə hallarının qarşısını alacaq.

O da qeyd olunur ki, təkcə ötən il 200 mindən çox pasportda fotoların keyfiyyəti pis olub və lazımi tələblərə cavab verməyib. Bu da müraciətlərə baxılmasında ləngimələrə səbəb olub: «Bir nömrəli problem də eynək olub. Təkcə bu səbəbdən bir çox müraciətə mənfi cavab verilib»(azadlıq.info).