Buna səbəb 15 iyul hərbi çevriliş cəhdindən əvvəl, mayın 24-də “Pana Film” adından “Kurtlar Vadisi Darbe” markasının alınması üçün Türk Patent İnstitutuna müraciət edilməsi olub.
Türk Patent İnstitutunun müraciəti araşdırdığı dövrdə Türkiyədə hərbi çevriliş cəhdi baş verib. Patent İnstitutu bundan sonra “Pana Film”in müraciətini rədd edərək prokurorluğa müraciət edib. Türk Patent İnstitutunun sədri Həbib Asan tərəfindən prokurorluğa göndərilən müraciətdə qeyd edilib ki, iyulun 15-də Türkiyədə Fətullhaçı Terror Təşkilatı (FETÖ) tərəfindən hərbi çevriliş cəhdi olub. H. Asan “Kurtlar Vadisi Darbe” markası ilə bağlı müraciətin hərbi çevriliş cəhdindən əvvələ təsadüf etdiyi üçün məsələdə cinayət şübhəsinin olduğunu bildirməyi zəruri sayıb.
Türk Patent İnstitutunun müraciəti ilə əlaqədar İstanbul Baş Prokurorluğunun təhqiqata başladığı bildirilir. (APA)