“Ankara Əsədlə danışıqlar aparmayıb və aparmayacaq” –Türkiyədən rəsmi açıqlama

0
5
“Ankara Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparmayıb və aparmayacaq”.  

Bu barədə Türkiyənin Aİ məsələləri üzrə naziri Ömər Çelik bildirib.

Xatırladaq ki, KİV-lər Türkiyə diplomatlarının Suriya hakimiyyəti ilə danışıqlar üçün yaxın zamanda Dəməşqə səfər edəcəyi barədə məlumat yayıblar.

“Türkiyə onunla (Əsədlə-red.) pərdəarxası diplomatik danışıqlar aparmayıb və aparmayacaq. Bu mövzuya dair xarici KİV-lərin yaydığı məlumatlar əsassızdır. Öz xalqını məhv edən, əhaliyə qarşı aviasiya və kimyəvi silahdan istifadə edən, tamamilə qeyri legitim hökumətin rəhbərliyində olan şəxslə hər-hansı təmaslar mümkünsüzdür”, – deyə, Çelik qeyd edib.

Nazirin sözlərinə görə, Türkiyə Azad Suriya Ordusu daxil olmaqla Suriyadakı legitim müxalif qruplaşmaları dəstəkləyir:

“Onları tək Türkiyə yox, Ankaranın bir çox müttəfiqləri dəstəkləyir. Bu məsələ ilə mövqeyimiz birmənalıdır. Türkiyə Suriyada xalqın iradəsini əks etdirəcək siyasi sistemin yaradılmasına çalışır. Suriyaya siyasi keçid prosesi gərəkdir”,– deyə Çelik əlavə edib.