Rus təyyarələri Türkiyə səmalarında
Rusiyaya məxsus hərbi təyyarələr “Açıq Hava Sahəsi” müqaviləsi çərçivəsində Türkiyədə müşahidə uçuşları həyata keçirəcək.
Rus təyyarələri Türkiyə səmalarında uçuşlarını 27-31 oktyabr tarixlərində gerçəkləşdirəcəklər.
Uçuşlarda An-30B təyyarəsindən istifadə olunacaq. Təyyarələrin 1500 km məsafədə uçuş gerçəkləşdirəcəyi bildirilib.
Qeyd edək ki, “Açıq Hava Sahəsi” müqaviləsinə üzv olan dövlətlərin bir-birlərinin hava məkanında müşahidə uçuşları keçirmək hüquqları var.