Dollar son 7 ayda minimum həddə enib –Dünya bazarında

0
5
Çindən yuanla ixracın azalması səbəbindən bu gün dolların Yaponiya yeninə qarşı məzənnəsi möhkəmlənib.

Qeyd edilən səbəbdən dolların yenə qarşı məzənnəsi 2,5 aylıq maksimum səviyyədən aşağı enib. Belə ki, ötən gün 1 dollar 104,635 yen idisə, bu gün ABŞ valyutası 1% ucuzlaşaraq 103,555 yen səviyyəsinədək geriləyib. Ticarət sessiyasının gedişatında dollar itkilərini bir qədər bərpa edə bilib – hazırda 1 dollar 103,81 yenə bərabərdir.

Məsələ burasındadır ki, sentyabrda Çindən yuanda ixrac illik müqayisədə 5,6% azalıb. Daha təhlükəsiz valyuta sayılan yen bu statistik məlumatın dərcindən sonra bahalaşmağa başlayıb. Maraqlıdır ki, Çindən dollarda ixrac 10% azalıb ki, bu da analitiklərin proqnozlarından daha pis göstəricidir.

Avqustda Çin idxalı artırsa da sentyabrda 1,9% azaldıb.

Dollar əsas valyutalar səbətinə nisbətən 97,914 səviyyəsində ticarət olunur ki, bu da 7 aylıq maksimum sayılan 98,122 səviyyəsindən aşağıdır.

Avro 0,1% bahalaşaraq 1,1016 dollar səviyyəsində qərarlaşıb. Ötən gün avro 1,1002 dollaradək ucuzlaşıb ki, bu da iyulun sonundan etibarən ən aşağı göstərici idi.

Funt sterlinq isə 0,1% ucuzlaşaraq 1,2188 dollara çatıb. Halbuki, ötən gün Böyük Britaniyanın valyutası 0,7% irəliləyə bilib. 

APA