BBC-yə açıqlamasında o, bu xəbərə hədsiz pis olduğunu, deməyə söz tapmadığını bildirib.
Mərhum jurnalistin valideynlərinin hüqüqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev məlumatın gözlənilməz olduğunu bildirib.
O, futbolçunun azadlığa buraxılmasını əvvəlcədən razılaşdırılmış qərar adlandırıb:“Bir neçə gün əvvəl mətbuatda Cavid Hüseynov barəsində apellyasiya məhkəməsinin ilkin iclas qərarından kasassiya şikayətinin geri götürüldüyü barədə məlumat çıxdı. Elə fikir yarandı ki, bu nahaq yerə baş verməyib. Bu şikayət hansısa məqsədlə verilib və götürülməsində də məqsəd olub”.
Vəkilin sözlərinə görə, şikayətin geri götürülməsindən 2 gün sonra Apellyasiya Məhkəməsinin tələsik qərar qəbul etməsi bu prosesin razılaşdırılmış akt olduğunu göstərir.
Ə.Mustafayev Cavid Hüseynovun işində Rasim Əliyevin valideynlərinin zərərçəkmiş kimi tanınmadığını bildirərək qeyd edib ki, tərəf olmadığı üçün jurnalistin valideyn və vəkilləri hüquqi müstəvidə heç nə edə bilməz: “Valideynlər ölkə başçısına müraciət edə bilərlər”.