Azərbaycanda “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir.
Bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.
“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklərin edilməsi üçün hazırlanan yeni layihəyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.
Layihəyə əsasən, dini ekstremizm əleyhinə aparılan əməliyyat barədə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.