AXCP-də vəziyyət gərginləşdi…

0
4

Partiyadan növbəti istefa dalğası gözlənilir…

AXCP Ali Məclisinin növbəti sessiyası keçirilib. AXCP sədrinin müavini Nurəddin Məmmədli Ali Məclisin sədri seçilib. Bu isə təşkilatda ciddi narazılığa səbəb olub. Əli kərimlinin “döyüşə qocaları aparması” gənclərin qəzəbinə tuş gəlib.

Məclis sədrliyinə digər namizəd sayılan Mirfeyzulla Seyidovun tərəfdarları isə AXCP-dən kütləvi istefa verməyə hazırlaşırlar. Səbəb kimi isə Ə.Kərimlinin sessiyadan öncə məclis üzvüıəri ilə görüşüb N.Məmmədlini təbliğ etməsi göstərilir. AXCP sədri M.Seyidovu indi mühacir həyatı yaşayan Hüseyn Abdullayevin adamı kimi təqdim etməklə, N.Məmmədliyə əlavə divident qazandırıb.

Görünən odur ki, AXCP-də növbəti istefa dalğası qaçılmazdır. Bu isə AXCP-nin tamamən iflası anlamına gəlir. Təşkilatda təmsil olunan gənclər Ə.Kərimlinin iqtidarı qocalar komandası adlandırmasına rəğmən yaşı 70-i ötmüş N.Məmmədlini Məclis sədrliyinə gətirməsini qəbul edə bilmirlər.

Turan