Azərbaycanın bank sektorunda konsolidasiya siyasəti davam etdirilməlidir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: “Bank sektorunda islahatlar, konsolidasiya siyasəti davam etdirilməlidir. Bank sektorunda çox ciddi islahatlar aparılmalıdır”.
Prezident vurğulayıb ki, bu sektor şəffaf olmalıdır və ən yüksək dünya standartlarına cavab verməlidir.